Girne dağları
From Wikipedia, the free encyclopedia
Girne dağları və ya Kiriniya (yun. Κερύνεια) — Kipr adasında yerləşən dağ silsiləsi.
Girne dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1024 m |
Uzunluğu | 160 km |
Süxurları | Əhəng daşı |
Yerləşməsi | |
35°16′59″ şm. e. 33°32′02″ ş. u. | |
Ölkələr | |
[[Fayl:|280px|Girne dağları xəritədə]] Girne dağları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Girne dağları adanın şimal sahili boyunca uzanan bir dağ silsiləsidir. Geoloji baxımdan dağlar əhəng daşından, qismən mərmərdən ibarətdir. Ən yüksək nöqtə Kiparisovunon dağıdır (1024 m). Şərq hissəsi daha genişdir (25–30 km), qərb hissəsi daha dardır (təxminən 15 km), lakin daha yüksəkdir. Dağların şərq davamı Karpaz yarımadasında yerləşən Karpaz dağlarıdır. Silsilənin qərb hissəsi "Beşbarmaq" mənasını verən alçaq (740 m) Pentadaktilos dağlarının (Yunan Πενταδάκτυλοδάκτυλ) adından götürülmüşdür. Maraqlıdır ki, türk dilində də silsilə Beşbarmak dağları adlanır. Sahildəki dağların ətəyində Şimali Kiprin turizm paytaxtı sayılan Girne şəhəri yerləşir.
Dağ silsiləsinin ərazisi Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən idarə olunur.
Slsilənin yamaclarında və zirvələrində qədim tikililərin xarabalıqları ilə yanaşı orta əsr qalaları (Müqəddəs Hilarion Qalası, Buffavento, Kantara) vardır.