Hüseyn xan Naxçıvanski
From Wikipedia, the free encyclopedia
Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski (9 avqust 1863, Naxçıvan – 1919, Petroqrad) — Rusiya imperiyasının azərbaycan əsilli hərbi xadimi.[1] Tam süvari qoşunu generalı (1916).
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Hüseyn xan Naxçıvanski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 avqust 1863(1863-08-09) |
Doğum yeri | |
Vəfat tarixi | 1919 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı | |
Atası | Kəlbəli xan Kəngərli |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | tam süvari generalı[d] (1916), general adyutant[d] (1915) |
Komandanlıq edib | |
Döyüşlər |
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Naxçıvan xanları ailəsinə mənsub idi. Elit süvari dəstələrinə komandanlıq edirdi. Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant olmuşdur. 15 Rusiya və 9 xarici dövlət mükafatlarının kavalieri, o cümlədən döyüş ordenləri olan — 3-cü və 4-cü dərəcə Müqəddəs Georgi ordeni, "İgidliyə görə" qızıl silaha layiq görülmüşdür. Güman edilir ki, 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələnmişdir[2].