Hüseynqulu Sarabski
From Wikipedia, the free encyclopedia
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həmdə 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb.
Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Hüseynqulu Sarabski | |
---|---|
Hüseynqulu Məlik oğlu Sarabski | |
Ümumi məlumatlar | |
Doğum adı | Hüseynqulu Rzayev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | qida borusu xərçəngi[d] |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi |
Fəaliyyət illəri | 1902–1945 |
Janr | opera |
Musiqi alətləri | tar |
Səs tembri | tenor |
Mükafatları |
1932 1938 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla