Həmrəylik
From Wikipedia, the free encyclopedia
Həmrəylik, solidarizm və ya solidarlıq; Bir cəmiyyəti təşkil edən qruplar və ya siniflər arasında psixoloji birlik hissi yaradan duyğuların, düşüncələrin və ümumi maraqların qarşılıqlı olaraq əlaqəsidir. Həmrəylik, sinfi əməkdaşlığı müdafiə edir və sinfi qarşıdurmanı rədd edir.[1][2][3] Kollektivizmdən fərqli olaraq həmrəylik fərdləri rədd etmir və fərdləri cəmiyyətin əsası kimi görür.[4] İnsanların cəmiyyət daxilində olan sosial münasibətlərindən istifadə edərək onların bir-biri ilə bağlı olduğu fikrini müdafiə edir. Bu termindən sosial elmlərdə, xüsusilə də sosiologiya və psixologiyada geniş bir formada istifadə olunur.[5][6]
Həmrəylik Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 6 əsasından 4-cü olanıdır.[7] Hər il dekabr ayının 20-si Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. Ümumdünya Bioetika və İnsan Hüquqları Bəyannaməsinin də 13-cü maddəsi həmrəyliyə həsr olunmuşdur.[8][9]
Həmrəyliyin yaranma yolları cəmiyyətdən cəmiyyətə görə dəyişikliklər nümayiş etdirir. İbtidai cəmiyyətlər qan qohumluğu və qohumluq münasibətləri əlaqələri üzərində formalaşdırıldığı halda, daha inkişaf etmiş və mürəkkəb cəmiyyətlərdə isə sosial həmrəylik bir çox fərqli mənbələrə malik ola bilər.[10]