Holland qızıl dövrü
From Wikipedia, the free encyclopedia
Holland qızıl dövrü — Hollandiya tarixində 1585–1702-ci illər arasındakı dövrə verilən ad. Bu dövrdə Hollandiya elm, ticarət və incəsənət sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi.
Hollandiyanın Qızıl dövrü 1585-ci ildə Antverpen İspaniyanın əlinə keçməsi, cənubda zəngin Kalvinist (protestant) tacirlər və ziyalılar şimala sığınması ilə başladı. Bundan əlavə, İspaniyadakı inkvizisiyadan qaçan Sefarad yəhudiləri və Fransadan qaçan protestant Huqenotlar Hollandiyaya sığındılar. Beləliklə, Hollandiyada Avropanın ən zəngin və ən maarifli insanları toplaşdı.
XVII. Əsr ərzində hollandlar dünyanın hər yerində ticarətə girdilər. Şimali Amerikada Nieuw Amsterdam kimi koloniyalar qurdular. 1602-ci ildə qurulan 'Hollandiya Şərqi Hindistan Şirkəti' (Vereenigde Oostindische Compagnie) Asiyada koloniyalar qurdu. Bu koloniyalar sonda İndoneziya ölkəsini meydana gətirdi. İlk dəfə Osmanlı İmperiyasından gətirilən lalələr Hollandiyada ehtiras halına gəldi. Məşhur holland rəssamları Rembrandt (1606–1669) və Rubens (1577–1640) bu dövrdə sənətlərinin zirvəsinə çatdılar. Bundan başqa hollandiyalılar qul ticarətindən böyük gəlir əldə edirdilər. 1650-ci ildə Hollandiya Avropada qul ticarətinin mərkəzinə çevrildi. Amsterdam limanında qeydə alınan qul gəmilərinin sayı 10 mini keçirdi.