Kоmpyеn sülh sazişi (1940)
II Dünya müharibəsində Fransa və Üçüncü Reyx arasında barışıq / From Wikipedia, the free encyclopedia
İkinci Kоmpyеn sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may - iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kоmpyеn meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kоmpyеn meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kоmpyеn sülh sazişi imzalanmışdı.
Cəld faktlar Müqavilənin tipi, İmzalanma tarixi ...
Kоmpyеn sülh sazişi (1940) | |
---|---|
| |
Müqavilənin tipi | barışıq sazişı |
İmzalanma tarixi | 22 iyun 1940-cı il |
İmzalanma yeri | Kоmpyеn meşəsi |
Qüvvəyə minməsi | |
• şərtləri | Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi |
İmzalayanlar | Nasist Almaniyası və Fransa |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla