Kakutsa Çolokaşvili
From Wikipedia, the free encyclopedia
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, 14 iyul 1888 – 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir.
Kakutsa Çolokaşvili | |
---|---|
gürc. ქაქუცა ჩოლოყაშვილი | |
Doğum tarixi | 14 iyul 1888(1888-07-14) |
Vəfat tarixi | 27 iyun 1930(1930-06-27) (41 yaşında) |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Fəaliyyəti | zabit |
Vikianbarda əlaqəli mediafayllar |
Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi.[1]