Kandiya krallığı
From Wikipedia, the free encyclopedia
Kandiya krallığı (it. Regno di Candia) — 1205-1212-ci illərdə Venesiya fəthindən 1645-1669-cu illərdə Kritin Osmanlılar tərəfindən fəthinə qədərki dövründə, Venesiya Respublikasının xarici müstəmləkəsi olan Krit adasının rəsmi adı idi. Bu ada o zamandan erkən müasir dövrə qədər paytaxtı İraklion adı ilə tanınırdı. Artan Osmanlı təhlükəsini nəzərə alaraq, xüsusilə də Kiprin süqutundan sonra, venesiyalılar adanın hərbi infrastrukturunun inkişafına - qalalar, körpülər və yolların bərpasına böyük diqqət ayırdılar. Şəkər və şərabın istehsal və ixracı iqtisadiyyat həyatında saxlanılırdı.[1] Venesiya dövründə Krit iqtisadiyyatı, Venesiya kapitalist maşınının əvvəlki şöhrətinə baxmayaraq istismar olunan Yunan kəndlilərinin əməyinin aşağı effektivliyi həmçinin tabeliyində olan pravoslav yunan əhalisi ilə katolikliyi əhatə edən Venesiya azlığı arasında konfliktlərin artması səbəbindən tədricən tənəzzülə uğramışdır. Müəyyən mədəni qarşılıqlı əlaqəyə baxmayaraq, yunan əhalisi Venesiyalılar tərəfindən etibarsız və döyüş qabiliyyəti olmayan insanlar kimi xarakterizə edilirdi.[2] Venesiya ilə Türklər arasındakı gedən uzun (70 illik) müharibə dövründə Krtin iqtisadi əhəmiyyətini tədricən sarsıtdı.
müstəmləkə | |||||
Kandiya krallığı | |||||
---|---|---|---|---|---|
Regno di Candia | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | İraklion | ||||
Dilləri | Yunan dili, Venesiya, Krit və Latın dili | ||||
Dövlət dini | Roma-Katolik kilsəsi(rəsmi) Yunan pravoslav kilsəsi(məşhur) | ||||
Valyuta | Dukat | ||||
İdarəetmə forması | monarxiya | ||||
{{{rəhbər_titulu}}} | |||||
• 2012-2016(ilk) | Cakomo Tyepolo | ||||
• 1667(son) | Cirolamo Battaca | ||||
Tarixi | |||||
• 1204 | Dördüncü Səlib Yürüşü | ||||
• 1205 | Venesiya sessiyası | ||||
• 1363–1368 | Krit qiyamı | ||||
• 1570-1573 |
Osmanlı-Venesiya müharibəsi | ||||
• 1645-1669 | Krit müharibəsi | ||||
• 1715 |
Sahilyanı Krit adalarının Osmanlı tərəfindən işğalı | ||||
Vikianbarda əlaqəli mediafayllar |