Karnal döyüşü
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi zamanı ona mütləq qələbə qazandıran döyüş / From Wikipedia, the free encyclopedia
Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı.[9][10] Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur.[5][11][12][13] Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir.[14]
Karnal döyüşü | |||
---|---|---|---|
Nadir şahın Hindistan yürüşü | |||
Tarix | 13 fevral 1739 | ||
Yeri | Karnal, Haryana, Hindistan | ||
Nəticəsi | Nadir şahın mütləq qələbəsi.[1] | ||
Ərazi dəyişikliyi | Moğolların paytaxtı Dehli ələ keçirildi və sonradan qalxan üsyana görə yağmalandı. Moğol imperiyasının Hind çayından şimaldakı əraziləri Nadir şahın imperiyasına birləşdirildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı.[15] Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu. Burada saxlanılan Moğol xəzinəsi yağmalandı.
Paytaxt sakinlərinin Nadirin əsgərlərinə qarşı üsyan qaldırmasından sonra qoşun şəhərdəki üsyanı sərt formada yatırdı və bütün şəhər talan edildi. Yüksək miqdarda sərvət əldə edən Nadir bütün imperiya ərazilərinin 3 illik vergilərdən azad edildiyini elan etdi. Əfşar ordusu qısa müddət sonra 30.000 ölünü öz ardında buraxaraq paytaxtı tərk etdi. Məhəmməd şah həmçinin, Hindistanın qərb torpaqlarının Nadir tərəfindən ilhaq edilməsini də qəbul etməyə məcbur oldu.[16]
Müasir tarixçilərin böyük bir hissəsi moğolların itkisinin təxminən 20.000–30.000 olduğunu bildirir. Aksvörti isə öldürülən moğol döyüşçülərinin sayının təxminən 10.000 olduğunu iddia edir. Nadir özü ordusunun 20.000 moğolu öldürdüyünü, ondan da çox adamı əsir aldığını iddia etmişdir. Nadirin ordusundan öldürülənlərin sayı 400 idi. Öldürülənlərin sayı moğol ordusunun böyüklüyünü nəzərə aldıqda dəhşətli dərəcədə də çox deyildi, lakin öldürülən içərisinə zabitlərin, yüksək rütbəli generalların da daxil olması moğol ordusunun döyüş qabiliyyətini demək olar ki, məhv etmişdir.[17][18]
Karnaldakı ağır məğlubiyyətdən sonra onsuzda zəifləyən Moğol sülaləsi hakimiyyəti tədricən süquta doğru getməyə başladı.[19] Ehtimal edilir ki, Nadirin Hindistan yürüşü olmasaydı, Hindistanda müstəmləkə idarəsi ya heç, ya da bu səviyyədə olmayacaqdı. Nadir tərəfindən tamamilə əldən salınan Hindistan Avropa müstəmləkəçilərinə yetəri qədər müqavimət göstərə bilmədi.[5]