Kaylaş Satyarti
From Wikipedia, the free encyclopedia
Kaylaş Satyarti (hind. कैलाश सत्यार्थी, ing. Kailash Satyarthi; d. 11 yanvar 1954-cü il, Vidişa, Madxya-Pradeş, Hindistan) — uşaq hüquqları uğrunda Hindistan fəalı, Nobel sülh mükafatı laureatı (2014)[6]. O, Baçpan Baçao Andolan, Uşaq Əməyinə Qarşı Qlobal Yürüş, Təhsil üçün Qlobal Kampaniya və Kaylaş Satyarti Uşaq Fondu da daxil olmaqla bir çox ictimai fəal təşkilatların təsisçisidir.
Kaylaş Satyarti | |
---|---|
hind. कैलाश सत्यार्थी ing. Kailash Satyarthi | |
| |
Digər adı | Kaylaş Şarma[1][2] |
Doğum tarixi | 11 yanvar 1954(1954-01-11)[3][4][…] (70 yaş) |
Doğum yeri | Vidişa, Madxya-Pradeş, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Həyat yoldaşı | Sumedha Satyarti |
Uşağı | 2 |
Milliyyəti | hindli |
Təhsili |
Barkatullah Universiteti (bakalavr, magistr dərəcələri) Allians Universiteti (fəlsəfə doktoru) |
Fəaliyyəti | uşaq hüquqları |
Fəaliyyət illəri | 1980-ci ildən |
Tanınır | Uşaq hüquqları və uşaqların təhsili üçün fəal |
Mükafatları |
Nobel sülh mükafatı (2014)[5] Robert Kennedi İnsan Haqları Mükafatı(1995)[5] |
kailashsatyarthi.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Kaylaş və onun Baçpan Baçao Andolandakı komandası Hindistanda 86 mindən çox uşağı uşaq əməyindən, köləlikdən və insan alverindən azad edib.[7] 1998-ci ildə Satyarti uşaq əməyinin ən sərt formalarına qarşı qlobal tələbi irəli sürmək üçün[8] 103 ölkəni əhatə edən 80.000 km (təqribən 49.710 mil) uzunluğundakı Uşaq Əməyinə Qarşı Qlobal Yürüş təşkil etdi və ona rəhbərlik etdi. Bu, istismar edilən uşaqlar adına indiyə qədər ən böyük ictimai hərəkatlardan birinə çevrildi. Uşaqların və gənclərin də daxil olduğu yürüş iştirakçılarının tələbləri (xüsusən də məcburi əmək üçün insan alverindən, istismardan, cinsi zorakılıqdan, qanunsuz orqan transplantasiyasından, silahlı münaqişədən və s. qurbanlar) uşaq əməyinin ən pis formaları haqqında BƏT-in 182 saylı Konvensiyasının layihəsində öz əksini tapmışdır. Növbəti il Konvensiya BƏT-in Cenevrə Konfransında yekdilliklə qəbul edildi.
O, İşgəncə Qurbanları Mərkəzi (ABŞ), Beynəlxalq Əmək Hüquqları Fondu (ABŞ) və Kakao Təşəbbüsü də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların idarə heyətində və komitəsində çalışıb. Satyarti 2015-ci ildə[9] Fortune jurnalının "Dünyanın ən böyük liderləri" arasında idi və 2017 və 2018-ci illərdə LinkedIn-in Güc profilləri siyahısında yer aldı.[10] Satyarti Hindistanda 35 gün ərzində 19.000 km (12.000 mil) məsafəni əhatə edən Bharat Yatra[11] adlı ümummilli yürüşə rəhbərlik edərək, uşaqlara təcavüz, uşaqların cinsi istismarı və insan alverinə qarşı qanun tələbi ilə çıxış etdi.