Kokos palması
From Wikipedia, the free encyclopedia
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Kokos palması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Fəsilə: Yarımfəsilə: Arecoideae Triba: Cocoseae Cins: Cocos ???: Kokos palması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bağla
Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir.
Dəniz və okean sahillərində bitən bitkidir. Gövdəsi yaxşı tikinti materialıdır.