Konstantin sülaləsi
From Wikipedia, the free encyclopedia
Konstantin sülaləsi — Roma imperatoru I Konstansi Xlordan başlamış (305) Mürtəd Yuliana qədərki (363) hökmdarlar ailəsinin qeyri-rəsmi adı. Sülalənin adı I Konstantinin 324-cü ildə təkbaşına mütləq hökmranlığı dövründən məşhurlaşmışdır. Sülalə həm də Yeni (İkinci) Flavilər də adlandırılırdı. Belə ki, sülalənin hər bir üzvü öz adına I əsr Flavilərinə müvafiq Flavilər soy kökünü də əlavə edirmişlər.