Koroğlu (opera)
koroglu / From Wikipedia, the free encyclopedia
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub.
Bu məqalə Üzeyir Hacıbəyovun "Koroğlu" operası haqqındadır. Digər mənalar üçün Koroğlu (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Cəld faktlar Bəstəkar, Librettoçu ...
Koroğlu | |
---|---|
Bəstəkar | Üzeyir Hacıbəyov |
Librettoçu |
Heydər İsmayılov Məmməd Səid Ordubadi |
Dili | Azərbaycan dili |
Süjet | Koroğlu dastanının Azərbaycan versiyası əsasında |
Janr | epik |
Pərdə | 5 |
Yaradılma tarixi | 1936 |
İlk səhnələşdirmə |
30 aprel 1937 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Premyera |
1937 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
İfaçılar |
Bülbül Əli Zülalov |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla