Kukeldaş mədrəsəsi (Buxara)
Orta Asiya mədrəsə / From Wikipedia, the free encyclopedia
Kukeldaş mədrəsəsi (özb. Koʻkaldosh madrasasi) — 1569-cu ildə Buxara xanlığının paytaxtı - Buxarada (indiki Özbəkistanın Buxara vilayətinin inzibati mərkəzi) qurulmuş iki mərtəbəli Orta Asiya mədrəsəsidir. Özbək hökmdarı II Abdulla xanın (1557-1598) dövründə himayədar qardaşı və yaxın yoldaşı - Qulbaba Kukeldaş hesabına inşa edilmişdir. Orta Asiyanın ən böyük mədrəsəsidir. Yan fasadlarında tağlı açıq eyvanların tikildiyi ilk mədrəsədir.
Ölkə | Özbəkistan | ||
Şəhər | Buxara | ||
Konfessiya | islam | ||
Memarlıq quruluşu | Orta Asiya memarlığı | ||
Tikilmə tarixi | 1569 | ||
İnşası | 1568—1569 illər | ||
Status | qorunur
| ||
Sayt | Rəsmi sayt | ||
Kukeldaş mədrəsəsi Vikianbarda |
Əsas məqsəddən əlavə, mədrəsədə bəzən başqaları da olurdu: burada müəllimlər və ya tələbələrdən əlavə, yad insanlar da yaşaya bilərdi və aşağı mərtəbədəki xarici otaqları ticarət üçün istifadə edilmişdir. XVIII əsrdə mədrəsə binası hətta karvansara kimi istifadə olunurdu. Ancaq hər şeydən əvvəl, 1920-ci illərə qədər ali təhsil müəssisəsi olaraq qalmışdır.
Sovet hakimiyyəti qurulduqdan sonra Mixail Frunzenin idarəsinə çevrildi, sonra müxtəlif dövrlərdə Buxara qədim abidələrin və sənət əşyalarının qorunması komissiyası Buxkomstaris, Buxara muzeyi və Regional Arxiv adı altında mövcud oldu.
Mədrəsə ənənəvi olaraq Ləbi hovuz memarlıq ansamblının ən qədim binasıdır. Hal-hazırda "Özbəkistanın Maddi Mədəni İrsinin Daşınmaz Əmlak obyektlərinin Milli siyahısı"na və UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Bura "Sədrəddin Ayni və Cəlol İkramın xatirə muzeyi" nin sənətkarlıq emalatxanaları və xalq sənətkarlığı mağazalarının fəaliyyət göstərdiyi turistik məkandır.