Kurqan fərziyyəsi
From Wikipedia, the free encyclopedia
Kurqan fərziyyəsi (nəzəriyyəsi) erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir.
Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir.
Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılıblar.