Luson adası
Filippin arxipelaqın ən böyük adası / From Wikipedia, the free encyclopedia
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km²[1] təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir.
Cəld faktlar Luzon adası, Ümumi məlumatlar ...
Luzon adası | |
---|---|
taqal Luzon, ing. Luzon | |
Ümumi məlumatlar | |
Sahəsi | 109964,9 km² |
Hündür nöqtəsi | 2922 m |
Əhalisi | 52.990.000 nəfər (2015-ci il) |
Yerləşməsi | |
16°04′30″ şm. e. 121°00′11″ ş. u. | |
Ölkə | Filippin |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.