Məhəmməd Cavad Zərif
From Wikipedia, the free encyclopedia
Məhəmməd Cavad Zərif Xunsari (fars. محمدجواد ظریف; 7 yanvar 1960[2], Tehran, İran) — İran siyasətçisi, diplomatı,[6] akademiki və dövlət xadimi. İran İslam Respublikasının xarici işlər naziri (15 avqust 2013 – 25 avqust 2021). O, 1990-cı illərdən bəri müxtəlif diplomatik və hökumət vəzifələrdə işləmişdir. Zərif həmçinin, Beynəlxalq Münasibətlər Məktəbi və Tehran Universitetində diplomatiya və beynəlxalq təşkilatlar barədə dərslər keçən bir professordur. O, 2002–2007-ci illər İranın Birləşmiş Millətlər Təşkilatında Daimi Nümayəndəsi idi.[7]
Məhəmməd Cavad Zərif | |
---|---|
fars. محمدجواد ظریف | |
15 avqust 2013 – 21 avqust 2021 | |
Prezident | Həsən Ruhani |
Əvvəlki | Əli Əkbər Salehi |
Sonrakı | Hüseyn Əmir Abdullahiyan |
6 sentyabr 2013 – 14 iyul 2015 | |
Prezident | Həsən Ruhani |
Əvvəlki | Abbas Arağçı (davamçı BHFP komissiyasının başçısı olaraq)[1] |
Sonrakı | Səid Cəlili |
Vəzifədədir | |
5 avqust 2012-ci ildən | |
Prezident | Məhəmməd Hatəmi Mahmud Əhmədinejad |
Əvvəlki | Hədi Nejad-Hüseynyan |
Sonrakı | Məhəmməd Xəzai |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1960(1960-01-07)[2] (64 yaş) |
Doğum yeri | |
Təhsili |
San-Fransisko Dövlət Universiteti (İ.B.) (İ.U.) Kolumbiya Universiteti Beynəlxalq və İctimai İşlər Məktəbi (buraxıb)[3] |
Fəaliyyəti | akademik[d] |
Həyat yoldaşı | Məryəm İmaniyyə (ev. 1979)[4] |
Uşaqları | Məhsa və Mehdi[5] |
Dini | şiəlik |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
mfa.gov.ir/index.aspx?fk… | |
Vikianbarda əlaqəli mediafayllar |
Xarici işlər naziri olduğu müddətdə Zərif İranın altılıq ölkələri ilə keçirdiyi danışıqlara rəhbərlik etmişdir. Bu, 14 iyul 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının imzalanmasına gətirib çıxarmışdır. Müqaviləyə görə 16 yanvar 2016-cı ildə İrana qarşı sanksiyalara son qoyulmuşdur.[8]
Zərif bir neçə daxili və beynəlxalq vəzifələrdə də çalışmışdır – xarici işlər nazirinin baş məsləhətçisi, xarici işlər nazirinin qanuni və beynəlxalq işlərdə müavini, BMT-nin Sivilizasiyalar Arasında Dialoq üzrə görkəmli şəxslər qrupunun üzvü, Nyu-York şəhərindəki BMT-nin Silahsızlaşdırma Komissiyasının başçısı, BMT-nin ümumdünya idarəetmə üzrə görkəmli şəxslər qrupunun üzvü və Azad İslam Universitetinin beynəlxalq işlər üzrə vitze-prezidenti.[9]