Məzhəkəçilər (opera)
From Wikipedia, the free encyclopedia
Palyaçolar (it. Pagliacci) — şəxsi libretto əsasında italyan bəstəkarı Rucero Leonkavallo tərəfindən bəstələnmiş, iki pərdəli proloqlu opera. İlk premyerası 22 may, 1892 ci ildə Milanda oynanılmışdır. Operanın “Recitar/Vesti la giubba” (“Çıxış vaxtıdır/qiyafətləri geyinmək vaxtıdır”) ariyası opera aləmində çox məşhurdur.
Palyaçolar | |
---|---|
it. Pagliacci | |
Bəstəkar | Rucero Leonkavallo |
Librettoçu | Rucero Leonkavallo |
Dili | italyanca |
Janr | Dram |
Pərdə | 2 |
Yaradılma tarixi | 1892 |
İlk səhnələşdirmə | 21 may 1892[1] |
Müddəti | 1 ¼ saat |
Personajlar |
Personajlar: |
Premyera |
22 may, 1892 Teatro Dal Verme, Milan |
Vikianbarda əlaqəli mediafayllar |
Bəstəkar dediyi kimi uşaqlıq təsuratları əsasında bu operanı Pyetro Maskanyinin məzmunca nisbətən oxşar “Kənd saatı” operasından həvəslənərək yazmışdır. Digər bir fikirə görə operanın süjeti 1887 ci ildə Parisdə görmüş olduğu Katyulya Mendesin pyesi əsasında oynalınan tamaşadan götürülmüşdür.
Əhvalat İtaliyanın cənubunda, 1865-1870 ci illərdə Montalto kəndində “Müqəddəs Məryəmin göylərə çəkilməsi” günü (15 avqust) baş verir.