Mannalılar
From Wikipedia, the free encyclopedia
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri.[1]
Mannaların yaşadığı ərazi | |||
Ümumi sayı | |||
---|---|---|---|
? | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi.[2] Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır.[3] Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun[4] adıdır. Bu dövlət er. əv. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Ümumiyyətlə, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir.[5] Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır.[6][7]