Maqsud Əlixanov Avarski
From Wikipedia, the free encyclopedia
Maqsud Əlixanov Avarski (23 noyabr 1846, Xunzax, Dağıstan MSSR – 3 iyul 1907, Gümrü) — Rusiya İmperator Ordusunun general-leytenantı (22 aprel 1907), Marı qəzasının rəisi[1] və Tiflis quberniyasının qubernatoru. II Qafqaz kazak diviziyasının komandanı. Kaytmaz Əlixanovun böyük qardaşı.
Maqsud Əlixanov Avarski | |
---|---|
Maqsud Əlixanov Avarski | |
| |
Kutaisi general-qubernatoru | |
Vəzifədədir | |
yanvar 1906 - 1907-ci ildən | |
dekabr 1905 – yanvar 1906 | |
1905 – 1905 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | General Əlixan Hüseynov |
Anası | Tutun xanım Hüseynov |
Həyat yoldaşı | Zərrintac bəyim Naxçıvanski |
Uşaqları | Adil xan və Hafiz xan Əlixanov Avarski |
Dini | islam |
Hərbi xidmət | |
Xidmət illəri | 1864-1907 |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | Rusiya İmperator Ordusu |
Rəhbərlik edib | II Qafqaz Kazak dviziyası |
Döyüşlər |
Türküstan yürüşü Xivə yürüşü Rusiya-Osmanlı müharibəsi Çin yürüşü |
Rütbəsi | general |
|
|
Təltifləri |
Müqəddəs Vladimir opdeni III dərəcə, qılınc və lentlərlə (1872) "Müqəddəs Stanislav" ordeni II dərəcə, qılıncla (1874) IV dərəcəli Hərbi Müqəddəs Georgi xaçı nişanı (1877) IV dərəcəli Müqəddəs Georgi ordeni (28 dekabr 1885) "Müqəddəs Anna" ordeni II dərəcə (1888) Müqəddəs Vladimir opdeni III dərəcə (1899) "Müqəddəs Stanislav" ordeni I dərəcə, (1904) "Müqəddəs Anna" ordeni I dərəcə (1906) |
Maqsud Əlixanov Rusiya İmperator Ordusunda 44 il 11 ay xidmət etmişdir. Əsgərdən generala qədər karyera yüksəlişi etmişdir. Əlixanov Rusiya imperiyasının 30 ali mükafatına layiq qörülüb. O, polkovnik rütbəsində olanda 4-cü dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülüb. Adı Kremlin Georgi salonunda qızıl hərflərlə mərmər lövhəyə yazılıb. 1883–1885-ci illərdə o, bu mükafata layiq görülən yeganə qafqazlıdır. Ondan sonra daha heç kəs bu mükafata layiq görülməyib. Sovet hakimiyyəti illərində "mürtəce" general-qubernator adlandırılan Əlixanov hərbçi olmaqla bərabər sox mühüm şəhərlərin başçısı vəzifəsini də icra etmişdir. İrəvan quberniyasının, Tiflis quberniyasının və Kutaisi quberniyasının general-qubernatoru olmuşdur.
Maqsud Əlixanov 1877–78-ci illərdə rus-türk müharibəsində Naxçıvanskilərlə birgə vuruşub. Kəlbəli xan və İsmayıl xan Naxçıvanski ilə dostluq edib.
Əlixanov-Avarski 1907-ci il iyulun 3-də Gümrüdə daşnak terrorçuları tərəfindən edilən sui-qəsd nəticəsində həlak olmuşdur.