McLaren (Formula-1 komandası)
From Wikipedia, the free encyclopedia
McLaren komandası — 1963-cü ildə, Yeni Zellandiyalı Bruce McLaren (1937-1970) tərəfindən qurulmuş Formula 1 komandasıdır. McLaren Mercedes adıyla yarışan komanda Scuderia Ferraridən sonra ən uğurlu komandadır. Hal-hazırda Vodafone McLaren Mercedes adıyla yarışır. Bu komanda Formula 1-dən başqa Indianapolis 500 Mil Yarışı, Kanada-Amerika Challenge Kuboku və
Le Mans 24 Saat Yarışı kimi təşkilatlarda da iştirak etmişdi. Məşhur pilot Ayrton Senna da ən uğurlu sezonlarını burada yaşamışdır. Martin Withmarsh tərəfindən idarə olunan komanda McLaren Groupun bir quruluşu olan McLaren Racing tərəfindən nəzarət edilməkdədir. 1999-ci ildə Mercedes komandanın 40 faiz hissəsini satın almışdır. Ron Dennis və Mansour Ojjeh'nin 30 faiz hissəsi vardır. Son illərdə Mersedesin, komandanın hamısının alacağı haqqında söz-söhbətlər tez-tez qarşımıza çıxır. McLarenin 11 sürücülər çempionluğu, 8 komanda çempionluğu var. 2007-ci ildə günahkar olduqları casusluq skandalı səbəbiylə bütün balları silinmişdir.