Mehdixan Vəkilov
From Wikipedia, the free encyclopedia
Mehdixan Yusif ağa oğlu Vəkilov (15 iyun 1902, Yuxarı Salahlı, Qazax qəzası – 18 oktyabr 1975, Bakı) — ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956–1962), 1958–1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni (1943), iki "Şərəf nişanı" ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir. Azərbaycan SSR XKS nəzdində incəsənət işləri idarəsinin müdiri, AMEA Tarix İnstitutunda şöbə müdiri, Quba qəza maarif şöbəsinin müdiri olmuşdur. Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Aybəniz Vəkilovanın əmisidir. Səməd Vurğunun "Komsomol poemasında" Cəlal obrazının prototipi.
Mehdixan Vəkilov | |
---|---|
| |
25 mart 1959 – 29 mart 1963 | |
Sədr | Musa Cəfərli (1959) Əli Tağızadə (1959–1962) |
25 mart 1959 – 29 mart 1963 | |
Seçki dairəsi | 188 nömrəli Şıxlı |
19 dekabr 1956 – 17 sentyabr 1962 | |
Əvvəlki | Cəbrayıl Ələsgərov |
Sonrakı | Mehdi Əliyev |
oktyabr 1942 – 1945 | |
? – 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1902(1902-06-15) |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 1975(1975-10-18) (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | II Fəxri xiyaban |
Təhsili | |
Fəaliyyəti | alim |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Mehdixan Vəkilov Azərbaycanın xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşıdır. Diplomat Cavanşir Vəkilovun atasıdır.