Mikelancelonun əsərlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Məqalədə İntibah dövrünün məşhur heykəltaraş, rəssam, memar və şairi olmuş Mikelancelo Buanarottinin əsərlərinin siyahısı göstərilmişdir. Siyahıya həmçinin sənətkarın itirilmiş və müəllifliyi mübahisəli olan əsərləri haqqında da məlumat əlavə edilmişdir. Mikelancelonun yaradıcılığından dövrümüzə 300-ə yaxın şeir, 600 rəsm əsəri, 1400-ə qədər ona yazılmış və ya onun yazdığı məktublar, həmçinin 300 səhifəyə qədər xüsusi qeydlər (ricordi) çatmışdır.[1]
Mikelancelonun sağlığında onun əsərləri nəşr edilməmişdir. Bu səbəbdən də siyahı rəssamlıq, heykəltaraşlıq və memarlıq əsərlərinin ayrıca göstərilməsi vasitəsiylə və əsərlərin sıralanmasında xronoloji ardıcıllığa istinad etməklə təqdim edilir. Mikelancelo yuxarıda qeyd edilən hər üç sənət sahəsində, hələ özünün sağlığında İntibah mədəniyyətinin ən gözəl nümunələri kimi dəyərləndirilən əsərlər yaratmışdır. Sənətkarın Santa-Kroçe kilsəsindəki məzarını həmin üç sənət sahəsinin muzalarının heykəlləri bəzəyir.[2].
Yalnız kopyaları saxlanmış əsərlər | |
İtirilmiş əsərlər | |
Ölçülər (sm) | hündürlük х en (х dərinlik) |