Milliyətçilik
From Wikipedia, the free encyclopedia
Millətçilik (XX əsrin əvvəllərində milliyyətpərvərlik)[1] ― müəyyən bir millətin maraqlarını müdafiə edən, xüsusilə həmin millətin öz vətəni üzərindəki suverenliyini qoruması və ya qazanması üçün mübarizə aparan ideologiya və ya hərəkat.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Millətçilik hər bir millətin kənar müdaxilədən (öz müqəddəratını təyin etmə) azad olaraq özünü idarə etməsini, bir millətin qurumsal struktur üçün təbii və ideal bir əsas olduğunu, millətin siyasi gücün yeganə haqlı mənbəyi olduğunu (xalq suverenliyi) müdafiə edir. Bundan əlavə, millətçilik mədəniyyət, dil, din, siyasət və ortaq tarixə inanc kimi paylaşılan sosial xüsusiyyətlərə əsaslanaraq, tək bir milli kimlik yaratmağı və ya həmin kimliyi davam etdirməyi, milli birliyi və həmrəyliyi dəstəkləməyi hədəfləyir. Buna görə də, milliyətçilik millətin qəbul edilmiş mədəniyyətini qorumağa və inkişaf etdirməyə çalışır və mədəni canlanmalar millətçi hərəkatlarla əlaqələndirilir. Milliyətçilik həmçinin, milli nailiyyətləri qürur mənbəyi kimi təşviq edir və vətənpərvərliklə yaxın əlaqələrə sahibdir. Milliyətçilik tez-tez digər ideologiyalarla birləşə bilir. Bunlara misal olaraq konservatizmi (milli konservatizm) və ya sosializmi (sosialist millətçiliyi) göstərmək olar.
Tarix boyunca insanlar öz qohumluq əlaqələrinə, adət-ənənələrinə, territorial rəhbərliklərinə və öz ətənlərinə müəyyən qədər bağlı olsalar da, milliyətçilik XVIII əsrin sonuna qədər geniş yayılmış konsepsiya ola bilmədi. Millətçiliyin mənşəyini və əsasını anlamaq üçün üç paradiqma mövcuddur. Primordializm (perennializm) hər zaman millətlərin mövcud olduğunu və millətçiliyin təbii bir fenomen olduğunu irəli sürür. Etnosimvolizm millətçiliyi dinamik, təkamül hadisəsi kimi izah edir və millətlərin və millətçiliyin inkişafında simvolların, miflərin və ənənələrin əhəmiyyətini vurğulayır. Modernizm isə millətçiliyin son dövrlərə aid sosial fenomen olduğunu və onun mövcud olmaq üçün müasir cəmiyyətin sosio-iqtisadi strukturuna ehtiyacı olduğunu iddia edir.
Millətin müxtəlif tərifləri vardır, bu da millətçiliyin müxtəlif növlarının yaranmasına gətirib çıxarır. Etnik milliyətçilik milləti ortaq etnik mənsubiyyət, irs və kültür əsasında formalaşdığını iddia edir. Vətəndaş millətçiliyi isə millətin ortaq vətəndaşlıq, dəyərlər, inistitutlar əsasında formalaşdığını və konstitutsional vətənpərvərliklə əlaqələndiyini iddia edir. Tarixi inkişaf boyunca milli kimliyin qəbul edilməsi təsirli qrupların müəyyən sosial nizamla həmin sosial nizamın üzvləri arasındakı təcrübə arasındakı narazılıqdan qeyri-məmnun olmasından qaynaqlanır və ortaya millətçilərin həll etməyə çalışdığı anomie [lower-alpha 1] meydana çıxır. Bu anomie vahid cəmiyyət yaratmaq üçün sosial olaraq kimliyin yenidən şərh edilməsinə, qəbul edilməsi lazım hesab edilən elementlərin saxlanılmasına, əksinə olduqda isə ortadan qaldırılmasına səbəb olur. Bu inkişaf daxili struktur məsələlərinin və ya mövcud bir qrup və ya qrupların digər icmalara, xüsusən də onları idarə edən (və ya idarə etdiyi hesab edilən) xarici güclərə qarşı narazılığının nəticəsi ola bilər. Milli rəmzlər və bayraqlar, dövlət himnləri, milli dillər, milli miflər və digər milli kimlik rəmzləri milliyətçilikdə olduqca vacibdir.
Təcrübədə milliyətçilik, kontekstdən və fərdi dünyagörüşündən asılı olaraq müsbət və ya mənfi olaraq göstərilə bilər. Milliyətçilik Yunan inqilabında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, İrland inqilabında, müasir İsrailin yaranması ilə nəticələnən Sionizm hərəkatında və Sovet ittifaqının süqut etməsində mühüm rol oynamışdır. Bütün bu müsbət cəhətlərlə yanaşı, irqi milliyətçilik Nasist Almaniyasının həyata keçirdiyi Holokostda əsas faktorlardan biri olmuşdur. Bu yaxınlarda, Krımın Rusiyaya mübahisəli ilhaqında da milliyətçilik mühüm rol oynadı.