Mixael Şulte
From Wikipedia, the free encyclopedia
Mixael Şulte (alm. Michael Schulte; d. 30 aprel 1990, Ekernförde, Almaniya) — Almaniya müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Daha sonra ifaçı Almaniyanın The Voice səs yarışmasında iştirak etmiş və üçüncü yerə layiq görülmüşdür. Onun Wide Awake adlı debüt albomu 2012-ci ildə işıq üzü görmüşdür. Şulte ifa etdiyi "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Mixael Şulte | |
---|---|
alm. Michael Schulte | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | (34 yaş) |
Doğum yeri | Ekernförde, Almaniya |
Vətəndaşlığı | Almaniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2008–h.h. |
Janr | |
Musiqi alətləri | vokal, gitara |
Albom şirkəti | Edel AG |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla