Muğan hadisələri
From Wikipedia, the free encyclopedia
Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu.
Muğan hadisələri (1918-1919) | |||||
---|---|---|---|---|---|
Rusiya vətəndaş müharibəsi | |||||
Tarix | 1918—1919-cu illər | ||||
Yeri |
Bakı quberniyası: • Cavad qəzası • Lənkəran qəzası |
||||
Səbəbi | Ağ ordu və bolşeviklər arasında vətəndaş müharibəsi, ruslar və azərbaycanlılar arasındakı millətlərarası qarşıdurma | ||||
Nəticəsi | Muğan Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu | ||||
Münaqişə tərəfləri | |||||
|
|||||
Komandan(lar) | |||||
|
|||||
Tərəflərin qüvvəsi | |||||
|
|||||
Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər.
Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
1919-cu ildə Azərbaycan Hərb Nazirliyi Muğan Sovet Respublikasının tədricən ləğvi ilə bağlı qərar qəbul etdi. İyulun ortalarında Salyan və Astara istiqamətindən hücuma başladılar. İyulun 23-də hərb naziri Səməd bəy Mehmandarov Lənkəran qəzasının sakinlərinə müraciət etdi. O müraciətində bildirirdi:
"Azərbaycan Respublikasının razılığı ilə vətəndaş müharibəsini sona çatdırmaq, sabitliyi bərpa etmək, sizi təcavüzkarlardan xilas etmək üçün Lənkəran qəzasına qoşun göndərirəm."
Müraciətdə qeyd edilirdi ki, Lənkəran qəzası yalnız Azərbaycan Respublikasının hakimiyyətini tanıyacaq. Bolşeviklər eyni vaxtda bir neçə cəbhədə döyüşməli olurdular. Astarada desantlar yerli sakinlərin köməyilə yerə endilər. Astraxanka kəndində Sovet hakimiyyətinə qarşı alternativ qurultay keçirildi. İyulun 28-i, səhər saatlarında bolşeviklər Lənkərandan çıxmalı oldular. Döyüşlərdə hərbi dəstələrin komandiri Otradnev öldürüldü. Sara adasına təxliyə olunma ilə bağlı qərar qəbul edildi. Şahsevən dəstələri hücuma keçdilər. Nəticədə regionda qəribə vəziyyət yarandı. Yerli sakinlər kimə tabe olmaqla bağlı qərar verə bilmirdilər. Bununla belə, regionda sovet hakimiyyəti sona çatdı. Onlar Sara adasında iki həftə qala bildi. Yerli əhali isə Azərbaycan hökumətinə tabe oldu.[30]