Nankin qırğını
From Wikipedia, the free encyclopedia
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri [1][2] qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu.
Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər. 1948-ci ildə Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal 200.000-dən çox çinlinin öldürüldüyünü təxmin edirdi. ÇXR-in rəsmi mövqeyi 300.000-dən çox insanın öldürüldüyünü bildirmiş və 1947-ci ildəki Nankin Müharibə Cinayətləri Tribunalının qiymətləndirməsinə əsaslanmışdı. 1980-ci illərdən bəri qurbanların ümumi sayı elmi müzakirələrin daimi mövzusu olmuşdur [3][4] .
2007-ci ilin dekabrında ABŞ əvvəllər məxfi olan sənədləri, o cümlədən yaponlar şəhəri ələ keçirdikdən bir gün sonra ABŞ-nin Almaniyadakı səfirinin teleqramını təqdim edildi. Bu teleqramda o, Yaponiyanın Berlindəki səfirinin Şanxaydan Nankinə kimi yürüş zamanı 500.000 çinlinin öldürülməsi haqqında danışdığını eşitdiyini yazmışdı. Arxiv araşdırmalarına görə, Amerika diplomatının göndərdiyi teleqramda Şanxayda və daha altı əyalətdə yarım milyon çinlidən bəhs edilir
Nankin qırğını həm də siyasi məsələ olaraq qalır, çünki onun ətrafında aparılan müzakirələr mütəmadi olaraq tarixi revizionizmi və yapon millətçiliyi kimi hissiyatlı məqamlara toxunur. Onun tərəfdarları faciənin şişirdilmiş və ya tamamilə təbliğat məqsədilə uydurulduğunu iddia edirlər. Bu və ya digər şəkildə Yaponiyanın həm Çinlə, həm də Cənubi Koreya və Filippin kimi Asiya-Sakit Okean regionunun digər ölkələri arasında olan münasibətlərdə gərginliyi saxlamaqdadır.
Yaponiya hökuməti yapon ordusu tərəfindən Nankində çoxlu sayda əhalinin öldürüldüyünü, talançılıq və digər zorakarlıqların olduğunu etdiyinə, orada xidmət edən yapon veteranlarının vəhşiliklərin baş verdiyini təsdiq etməklərinə baxmayaraq, yapon isteblishmenti və cəmiyyətində olan fəal azlıq dəymiş zərərin yalnız hərbi tərəfdən olduğunu və cinayətlərin baş vermədiyini bəyan edirdilər. Kütləvi qətllərin inkarı və bu tarixi hadisəyə revizionist yanaşma yapon millətçiliyinin tərkib hissəsi olmuşdur [5] Yaponiyanın özündə də Nankin qırğınına fərqli münasibət var, lakin yalnız bəziləri bunun baş verdiyini inkar edir [5] .