Narniya xronikaları
From Wikipedia, the free encyclopedia
Narniya xronikaları (ing. The Chronicles of Narnia) – ingilis yazıçı Klayv Steyplz Lyuis tərəfindən yazılmış 7 kitablıq fentezi roman seriyası. Uşaq ədəbiyyatının klassiklərindən biri və müəllifin ən çox tanınan işi hesab olunur. "Narniya xronikaları" 47 dilə tərcümə olunmuş və 100 milyondan çox nüsxəsi satılmışdır.[1][2] Lyuis tərəfindən yazılmış, Paulina Beyns tərəfindən illüstrasiya olunmuş və Londonda 1950-ci ildən 1956-cı ilə kimi nəşr olunmuşdur. "Narniya xronikaları" əsasında radio verilişləri, teleserial, səhnəciklər və filmlər istehsal olunmuşdur.
Narniya xronikaları | |
---|---|
ing. The Chronicles of Narnia | |
Müəllif | Klayv Steyplz Lyuis |
Janrı | fentezi, uşaq ədəbiyyatı |
Ölkə | |
Orijinal dili | ingilis |
Nəşriyyatçı |
Ceffri Bles (I-V kitablar) The Bodley Head (VI-VII kitablar) HarperCollins (hazırda; bütün dünyada) |
Nəşr tarixi | 16 oktyabr 1950 – 4 sentyabr 1956 |
Hadisələr mifik varlıqlar və danışan heyvanların yaşadığı, sehrin hökm sürdüyü fentezi dünyası olan Narniya adlı uydurma krallıqda baş verir. Hekayə bu dünyanın açılan tarixində mərkəzi rol oynayan müxtəlif uşaqların macəralarından söz açır. "At və onun oğlanı" romanından başqa bütün protaqonistlər real dünyadan olan və Narniyaya düşən uşaqlardır. Onlar bura şir Aslan tərəfindən Narniyanı şərdən qorumaq və tacı onun düzgün sahibinə qaytarmaq üçün çağırır. Hekayə Narniyanın bütün tarixini əhatə edir: "Sehrbazın qardaşı oğlu"ndakı yaradışından "Sonuncu döyüş"dəki məhv edilməsinə qədər.
Seriya üçün müxtəlif mənbələr ilham mənbəyi olmuşdur. Bundan əlavə, bir çox ənənəvi xristianlıq mövzuları, Yunan-Roma mifologiyası elementləri, eləcə də, ənənəvi Britaniya və İrlandiya pəri nağıllarından istifadə olunmuşdur.
Kitablar İkinci dünya müharibəsindən sonrakı uşaq ədəbiyyatına dərindən təsir etmişdir.