Nasional sosializm
From Wikipedia, the free encyclopedia
Nasional sosializm (alm. Nationalsozialismus) və ya qısaca Nasizm — totalitar[1], ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası[2], 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması[3]; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya[4][5], "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya[6] ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası[7][8][9][10][11][12][13][14][15], Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur.
Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi[16].