Nuruosmaniyə məscidi
From Wikipedia, the free encyclopedia
Nuruosmaniyə məscidi — İstanbulda inşa edilmiş ilk barokko (qərb) quruluşlu məscididir. Çəmbərlidaş səmtində, Qapalıçarşı girişində yer alır. 1755-ci illərdə inşa edilmişdir.
Nuruosmaniyə məscidi | |
---|---|
41°00′37″ şm. e. 28°58′13″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Çəmbərlidaş |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Mustafa Ağa, Simon Kalfa |
Tikilmə tarixi | 1749—1755 |
Üslubu | barokko |
Vəziyyəti | stabil |
Vikianbarda əlaqəli mediafayllar |
Qərb memarlığının ortaya çıxdığı bir dövrdə tikilən bir məsciddir və bu məscid Osmanlı arxitekturasında bir dönüş nöqtəsi sayılmaqdadadır.
Məscidin yer aldığı sahədə daha əvvəl Osmanlı şeyxülislam Xoca Sadeddin Əfəndinin xanımı Fatimə Xatunun məscidi var idi. Fatma Xatun Məscidi yıxıldıqda I Mahmudun əmri ilə yerinə məscid tikintisi başlayıb. Mustafa Ağa və köməkçisi Simon Kalfa (Memar Simeon) tərəfindən həyata keçirilən tikinti, I Mahmudun ölümündən sonra üç illik səltənət sürən qardaşı III Osman zamanında “Nur-u Osmani” (Osmanlının Nuru) adı ilə yekunlaşdı. Adını padşah III Osmandan və məscidin içindəki işıqdan aldığı söylənilir.
Məscid ilə birlikdə mədrəsə, imarətxana, kitabxana, türbə, bulaq və səbildən ibarət olan bir kompleks inşa edilmişdir. Ətrafındakı bir neçə dükan da kompleksə daxildir. Barokko sənətinin təsiri kitabxana, türbə, bulaq və digər tikililərdə də görülür.