Ob körfəzi
From Wikipedia, the free encyclopedia
Ob körfəzi[1] və ya Ob estuarisi — Kara dənizinin ən böyük körfəzi, Ob[2] çayının Estuarisi olaraq Qdansk yarımadası ilə Yamal yarımadası arasında yerləşir. Estuaridən şərqdə Taz estuarisi yerləşir. Tazov estuarisi Taz çayının mənsəbini təşkil edir.
Ob estuarisi | |
---|---|
О́бская губа́ | |
Ümumi məlumatlar | |
Tip | Estuari |
Dərin yeri | 25 m |
Yerləşməsi | |
68°50′30″ şm. e. 73°30′40″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Körfəzin uzunluğu 800 km, eni 30 – 80 km, dərinliyi isə 25 m təşkil edir. İyulda buzdan azad olunduğu halda, oktyabrda isə buz bağlayır.
Əsas yaşayış məntəqəsi Novıy Port, Yamburq, Kamennıy burnu.
Estuarinin dibi lillidir. Sahil xətti isə qumsallıqdır. Sahillərində meşələrə rast gəlinmir. Qərb hissələri isə nisbətən hündürdür. Bataqlıqlaşmış ərazilər çoxdur. Estuaridə adalara ancaq çayların mənsəb hissələrində rast gəlinir. Buxta və körfəzləri azdır. Ən iri buxtası Naxodkadır.
Estuariyə Ob çayından başqa bir neçə çay tökülür. Cənub-şərqdən Nadım və Nıda çayları estuariyə axır. Yamal yarımadasından axan çaylar isə qısa olması ilə seçilirlər. Düzən ərazidən axdığından kiçik çay gəmiləri bu çaylarda sərbəst hərəkət edə bilirlər. Burada yerləşən çaylara misal kimi Oya, İvoçka, Zelonaya, Seyaxa və Yadanı göstərmək olar.
Estuari balıqları ilə zəngindir. Burada həm dəniz, həm də çay balıqlarına rast gəlinir: Nərə, Çökə, Lota lota, Siyənək, Muksun.