Oktyabr inqilabı
From Wikipedia, the free encyclopedia
Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab.
Cəld faktlar Yer, Tarix ...
Oktyabr inqilabı | |
---|---|
Октябрьская революция | |
| |
Yer | Petroqrad, Rusiya |
Tarix | 25 oktyabr 1917 |
Əsas məqsəd | kapitalizmin ləğvi, sosialist islahatlarının keçirilməsi |
Nəticə | Bolşeviklərin qələbəsi, Vətəndaş müharibəsinin başlanması, Rusiya Sovet Respublikasının yaradılması |
Təşkilatçılar | RSDF(b)P |
Hərəkətverici qüvvələr | Sovet dövlət hakimiyyətinin tərəfdarları |
Əleyhdarları | Rusiya Müvəqqəti hökumət tərəfdarları |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir.