Piltdaun insanı
From Wikipedia, the free encyclopedia
Piltdaun insanı (ing. Piltdown Man) – XX əsrin ən məşhur mistifikasiyalarından biridir. Sümük fraqmentləri (kəllə və alt çənə sümüyü) 1912-ci ildə İngiltərənin Şərqi Sasseks bölgəsində yerləşən Piltdaun çınqıllı karyerdə aşkar olunmuş və insan-meymun arasında təkamül etmiş naməlum ibtidai insanın daşlaşmış qalıqları kimi nümayiş olunmuşdur. Tapılmış qalıqlar uzun müddət mübahisə obyektinə çevrilmişdir.Lakin 1953-cü ildə tapılmış qalıqların müasir insanın tam inkişaf etmiş kəllə sümüyünün oranqutanın alt çənə sümüyünə yapışdırılması sübut olunmuşdur. 18 dekabr 2012-ci ildə “piltdaun insanı”nın sirrinin 100 illiyi olmuş və bu hadisə ilə əlaqədar London Geologiya Cəmiyyətində xüsusi konfrans keçirilmişdir.[1].
Bu konfransda tarixçilər, geoloqlar və antropoloqlar həm tapıntı, həm də yeni texnologiyalar vasitəsilə piltdaun insanının analizləri üzrə işlərin bərpası ilə əlaqədar müasir alimlərin mübahisəli baxışlarını müzakirə etsələr də, sonda məhz bu saxtakarlığın məhz kim tərəfindən və hansı motivdə edilməsi dəqiq müəyyənləşməmişdir.[2].
Tədqiqatların hələ də aparılmasına baxmayaraq, alimlər 15 nəfərin bu saxtakarlıqda iştirak etdiklərini tapdıqlarını bildirirlər. Şübhəli bilinənlər arasında məşhur ingilis yazarı Artur Konan Doyldan sümükləri ilk aşkar etmiş adi həvəskar arxeoloq Çarlz Dousona kimi şəxslər vardır.[3].