Piza qülləsi (it. Torre pendente di Pisa) — 1360-cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyada öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir. Nə qədər yaxşı bərkidilsə belə, İtaliya hökümətinin onu düz saxlamaq üçün xərclədiyi pul onu düzəltmək üçün xərcləyəcəyi puldan çoxdur. Qüllənin təməli 1174 cü ildə qoyulub. Binanın müəllifi Bonnano Pizano olubdur. Qüllənin əyildiyini görən memar,onu yarımçıq buraxmır və onu hissə-hissə tikirlər. Nəhayət, 200 il sonra Pisa qülləsini onun nəvəsi Tomazo Pizano bitirir. Nəvəyə qədər bu işi Memarın iki oğlu Adrano və Françesko Pizono davam etdirir.
| Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Cəld faktlar Ölkə, Şəhər ...
Bağla
Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.