Procter & Gamble
From Wikipedia, the free encyclopedia
Procter & Gamble — Mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. P&G-nin mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində yerləşir. Şirkətin əsası 1837-ci ildə Böyük Britaniyadan olan sərmayeçilər Vilyam Prokter və Ceyms Qembl tərəfindən qoyulmuşdur. Fəaliyyətə başladığı ilk illərdən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət zamanla fəaliyyət sferasını genişləndirmiş və istehsal etdiyi məhsulların çeşidini artırmışdır. Chief Executive Magazine jurnalının apardığı araşdırmalardan sonra P&G liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri seçilmişdir.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Cəld faktlar Ümumi məlumatlar, Tipi ...
Procter & Gamble | |
---|---|
Procter & Gamble | |
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı |
Təsis tarixi | 1837 |
Baş qərargahın yeri | Sinsinnati, Ohayo |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri | ▲$ 70.95 milyard (2020) |
Xalis mənfəəti | ▲$ 13.03 milyard (2020) |
Əməliyyat mənfəəti | ▲$ 16.39 milyard (2020) |
Struktur | |
İşçi sayı | 99.000 (2020) |
Tərəfdaşlar | Gillette[d], Wella[2] |
Rəhbərlik | |
Təsisçilər |
Vilyam Prokter Ceyms Qembl |
İdarə heyəti | Meq Vaytman[3], Meq Vaytman[3][4] |
www.pg.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla