Qızılağac körfəzi
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Qızılağac (dəqiqləşdirmə).
Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz.
Cəld faktlar Ümumi məlumatlar, Adalar ...
Qızılağac körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Adalar | Sara yarımadası, Kür Dili |
Sahəsi | 460 km² |
Dərin yeri | 2 m |
Tökülən çaylar | Kür, Viləşçay |
Yerləşməsi | |
39°04′59″ şm. e. 49°01′45″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | |
Akvatoriyası |
|
Bağla
Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir.
Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır.
1935-ci ildə körfəz kommunist S.M. Kirovun şərəfinə adlandırılmış, 1991 ci ildə yenidən əzəli adı ona qaytarılmışdır.[1]