Qərbi Ermənistan
From Wikipedia, the free encyclopedia
Qərbi Ermənistan (Qərbi ermənicə: Արեւմտեան Հայաստան rom: Arevmıdyan Hayasdan), ermənilərin tarixi vətəninin bir hissəsi və bugünkü Türkiyənin (keçmiş Osmanlı imperiyası) şərq bölgəsinə aid bir termindir. Bizans Ermənistanı olaraq da bilinən Qərbi Ermənistan, 387-ci ildə Böyük Ermənistanın Bizans İmperiyası (Qərbi Ermənistan) və Sasanilər İmperiyası (Şərqi Ermənistan) arasında bölünməsindən sonra yaranmışdır.[1][2] Osmanlı imperiyası daxilindəki millətlərin müstəqillik əldə etməyə başladığı parçalanma dövründə ermənilər arasında da yaranan müstəqillik ideyasını yatırtmaq üçün 1890-cı illərin əvvəllərində əsasən kürd dəstələrindən olmaqla müsəlman xalqları silahlandıraraq Həmidiyə alayları kimi bir birlik meydana gətirildi. Bu birliyin 1894-1896-cı illər arasında həyata keçirdiyi qırğınlar və dövlətin iqtisadi qorxutma siyasətinin yaratdığı aclıq və epidemik xəstəliklər kimi hadisələr nəticəsində erməni əhalisi xeyli itki verdi. 1915-ci ildə qüvvəyə minən Köçürmə Qanunu ilə, Suriya səhrasına sürgün edilən ermənilərin mövcudluğu bölgədə sona çatdı.[3][4] Mədəni irsin sistematik şəkildə məhv edilməsi bəzi tədqiqatçılar tərəfindən mədəni soyqırım nümunəsi kimi qiymətləndirilir.[5][6]
Keçmişdə bölgədə yaşayan bəzi ermənilər assimilyasiya olmuş və şəxsiyyətlərini gizlədərək həyatlarını davam etdirirlər. Ermənistan İnqilabi Federasiyası kimi tərəflərin söylədiyi irredentist baxışa görə, bu bölgə Böyük Ermənistanın bir hissəsidir və torpaqlar geri qaytarılmalıdır.[7][8]