Qabağıalınmazlar 2 (film, 2012)
From Wikipedia, the free encyclopedia
Qabağıalınmazlar 2 (ing. The Expendables 2) — 2012-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin rejissoru Saymon Vestdir.[3][4][5] Filmin mövzusu "Qabağıalınmazlar" qrupu ətrafında keçir. Mövzuya görə qrupun heyət üzvlərindən biri öldürüldükdən sonra "Qabağıalınmazlar" qrupu qisas almaq üçün hücuma keçir. Filmin baş rollarını məşhur aktyorlar Silvestr Stallone, Dolf Lundqren, Ceyson Stethem və digərləri canlandırır. Filmin birinci hissəsindəki aktyorların əksəriyyəti filmə yenidən dəvət olunmuşdur. Filmin çəkilişi 3 aydan çox davam etmişdir. Çəkiliş yer üçün Bolqarıstan ərazisi seçilmişdir.[6] Bu ərazi ilə birgə çəkilişlər ABŞ-nin Nyu-Orlean[7] və Honq Konq[8] ərazilərində aparılmışdır. "Qabağıalınmazlar 2" filminin büdcəsi ilk hissəsindən nisbətən çoxdur.
Qabağıalınmazlar 2 | |
---|---|
ing. The Expendables 2 | |
Janr | Döyüş filmi |
Əsas mövzu | qisas[d], terrorizm |
Rejissor | Saymon Vest |
Prodüserlər |
Avi Lerner Deni Lerner Kevin Kinq Templeton Les Ueldon |
Ssenari müəllifləri |
Silvestr Stallone Riçard Uenk |
Baş rollarda |
Silvestr Stallone Dolf Lundqren Ceyson Stethem Cet Li Arnold Şvartsenegger Çak Norris Jan-Klod Van Damm |
Operator | Şeli Conson |
Bəstəkar | Brayn Tayler |
İstehsalçılar |
Nu Image Films Millennium Films |
Distribütor | Lionsgate Films[d], Netflix |
İlk baxış tarixi | 13 avqust 2012 |
Filmin növü | Döyüş |
Müddət | 103 dəqiqə |
Büdcə | $100 milyon [1] |
Gəlir | $305.4 milyon[2] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 2012 |
Əvvəlki film | Qabağıalınmazlar |
Sonrakı film | Qabağıalınmazlar 3 |
Rəng | Rəngli |
Çəkiliş yeri | Nyu-York, Bolqarıstan, Honkonq |
IMDb | ID1764651 |
Vikianbarda əlaqəli mediafayllar |