Qaliç-Volın knyazlığı
From Wikipedia, the free encyclopedia
Qaliç-Volın knyazlığı (q.rus Князьство Галичьскоє и Волыньскоє, q.slav. Кънѧжьство Галичьскоє и Волыньскоє, lat. Regnum Galiciæ et Lodomeriæ, pol. Księstwo Halickie i Wołyńskie) — Şərqi Avropada 1199-cu ildən 1349-cu ilə qədər mövcud olmuş orta əsr dövləti. Onun ərazisi əsasən indiki Ukraynanı əhatə edirdi, lakin bəzi hissələri müasir Belarus, Polşa, Moldova və Litvanın ərazilərinə də uyğun gəlir. Bu, Kiyev Rus dövlətinin süqutundan sonra ortaya çıxan ən mühüm dövlətlərdən biri olmuşdur. Əhalisi əsasən qədim rus dilində danışan pravoslavlardan ibarət idi.
Tarixi dövlət | |||
Qaliç-Volın knyazlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Qaliç (İvano-Frankovsk vilayəti), Xelm[d], Lvov, Vladimir (Ukrayna) | ||
Dilləri | qədim rus dili | ||
Rəsmi dilləri | |||
Dövlət dini | şərqi ortodoks xristianlıq | ||
İdarəetmə forması | monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Roman Mstislaviç XIII əsrin əvvəllərində Qaliç və Volın knyazlıqlarını birləşdirmişdi. Monqolların Rusa hücumu (1239–1241) nəticəsində yaranan dağıntıdan sonra knyaz Daniil və Rusiyanın digər knyazları 1246-cı ildə Qızıl Ordanın hökmdarı Batı xana sədaqət andı içmişdilər.[1][2] 1349-cu ildə tamamilə katolik Polşaya birləşdirilmişdir.