Qazaxıstan etirazları (2022)
From Wikipedia, the free encyclopedia
2022-ci ildə Qazaxıstan etirazları, bəzən Qanlı Yanvar (qaz. Qandy qañtar)[4][5][6][7] və ya yanvar faciəsi (qaz. Qañtar tragediasy)[8][9][10][11] — 2022-ci il yanvarın 2-də Janaozendə maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar ilə başlayan, daha sonra bütün ölkəyə yayılan etirazlardır. Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən Almatıya sıçrayıb. Hökumət etirazçılar qarşısında geri çəkilərək qiymətləri endirsə də aksiyalar səngiməyib. Bəzi şəhərlərdə küçələrə çıxanlar Təhlükəsizlik Şurasının katibi vəzifəsini (ömürlük) tutan keçmiş prezident Nursultan Nazarbayevin siyasətdən getməsini tələb ediblər. Yanvarın 5-də etirazların böyüməsi qarşısında prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib. Tokayevin sərəncamı ilə baş nazirin səlahiyyətlərinin müvəqqəti icrası vitse-premyer vəzifəsini tutmuş Alixan Smailova həvalə edilib. Habelə Almatıda və Manqistau vilayətində (inzibati mərkəzi Janaozen olmaqla) yanvarın 5-dən 19-na qədər komendant saatı tətbiq edilib.[12] İğtişaşlara cavab olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) – Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Qazaxıstanın özünün də daxil olduğu postsovet dövlətlərinin hərbi ittifaqı Qazaxıstanda sülhməramlı qoşunların yerləşdirilməsinə razılıq verib.
Qazaxıstan etirazları | |
---|---|
| |
Yer | Qazaxıstan |
Tarix | 2 yanvar 2022 - 11 yanvar 2022 |
Səbəb |
|
Əsas məqsəd |
|
Nəticə |
|
Həlak olanlar | 208[1] |
Yaralananlar | 500[2] |
Həbs olunanlar | 9900-dən çox[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Yanvarın 9-da verilən məlumata görə Qazaxıstandakı iğtişaşlar zamanı əksəriyyəti Almatı şəhərində olmaqla 164 nəfər insan həlak olub və 2265 nəfər yaralanıb.[13]