RIAA sertifikatı
From Wikipedia, the free encyclopedia
RIAA sertifikatı (ing. RIAA certification) — Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən müəyyən miqdarda albom və ya sinql satışına, həm də rəqəmsal oxutmalara görə sənətçilərə verilən mükafatdır. 1958-ci ildə yaradılmış RIAA sertifikatlaşdırma proqramı, bir sənətçinin uğurlarını göstərmək üçün, onların satış və oxutmalarına əsaslanan sertifikatlar verir. RIAA sertifikatı musiqi sənayesində əhəmiyyətli bir mükafatdır və bir sənətçinin kommersiya uğurlarını sübut edir.