Ralf Banç
From Wikipedia, the free encyclopedia
Ralf Conson Banç (7 avqust 1904[1][2][…], Detroyt, Miçiqan[3] – 9 dekabr 1971[4], Nyu-York, Nyu-York ştatı) — 1940-cı illərin sonlarında Ərəb-İsrail qarşıdurmasının həllində vasitəçi olduğu üçün,1950-ci ildə Nobel Sülh mükafatıçısı olan amerikalı politoloq, akademik və diplomat
Ralf Banç | |
---|---|
ing. Ralph Bunche | |
Doğum tarixi | 7 avqust 1904(1904-08-07)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 1971(1971-12-09)[4] (67 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, politoloq |
Mükafatları |
Nobel sülh mükafatı (1950-ci il) |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu ada layiq görülən ilk afroamerikalı idi. Birləşmiş Millətlər Təşkilatının qurulması və idarə edilməsində iştirak etmiş və BMT-nin sponsorluğu ilə həyata keçirilmiş çoxsaylı sülhməramlı əməliyyatlarda böyük rol oynamışdır. 1963-cü ildə prezident Con Fitscerald Kennedi tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir.[6]
Banç,1944-cü ildə həm Beynəlxalq Sülh və Təhlükəsizlik Təşkilatı ilə bağlı Vaşinqton Söhbətlərində,həm də 1945-ci ildə BMT-nin nizamnaməsini hazırlayan BMT-nin San Fransisko Beynəlxalq Təşkilat Konfransında ABŞ nümayəndə heyətində vəzifə yerinə yetirdi. Banç,1946-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ilk iclasında Amerika nümayəndə heyətində iştirak etmişdir. 1948-ci ildə Misirlə İsrail arasında atəşkəs haqqında danışıqlar apararaq Orta Şərq üçün vasitəçi rolunu oynadı. Bu uğuruna görə 1950-ci ildə Nobel Sülh mükafatına layiq görüldü. Sinay (1956),Konqo (1960),Yəmən (1963),Kipr (1964) və 1970-ci ildə Bəhreyndəki böhranların aradan qaldırılmasında yaxından iştirakçı olaraq,birbaşa BMT-nin baş katibinə hesabat verərək,Birləşmiş Millətlər Təşkilatında xidmətini davam etdirdi. Yaxın Şərqdəki su ehtiyatları ilə məşğul olan tədqiqat qruplarına da rəhbərlik etmişdir. 1957-ci ildə sülhməramlı rolları üçün başlıca məsuliyyət daşıyan xüsusi siyasi işlər üzrə katib müavini vəzifəsini tutdu. 1965-ci ildə Hindistan və Pakistan arasındakı müharibədə atəşkəsə rəhbərlik etdi. 1971-ci ildə BMT-dən təqaüdə çıxdı.[7]