Rodriqo Hernandez
From Wikipedia, the free encyclopedia
Rodriqo Hernandez Kaskante və ya qısaca Rodri (22 iyun 1996, Madrid) — İngiltərə Premyer Liqası klubu Mançester Sitidə və İspaniya milli futbol komandasında çıxış edən futbolçu.
Rodriqo Hernandez | |
---|---|
isp. Rodri | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 iyun 1996(1996-06-22) (27 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 191 |
Çəkisi | 82 kq |
Mövqeyi | Müdafiəyə meyilli yarım müdafiəçi |
Əsas ayağı | Sağ |
Nömrəsi | 16 |
Vikianbarda əlaqəli mediafayllar |
Peşəkar karyerasına Vilyarealda başlayan Rodri daha sonra Atletiko Madrid klubuna qoşulur. La Liqada keçirdiyi 4 mövsümdən sonra 2019-cu il iyulun 4-də Mançester Siti komandasına transfer olur. O, "şəhərlilərin" ardıcıl 3 dəfə (2020–21, 2021–22, 2022–23) İngiltərə Premyer Liqası çempionu olmalarına kömək edir. Rodri, eyni zamanda 2022–23 mövsümündə Mançester Sitinin ilk treblini etməsində böyük əməyi olan futbolçulardandır. Belə ki, Rodri UEFA Çempionlar Liqası finalında İnterə qarşı matçın yeganə qolunu vuraraq və turnirin ən yaxşı oyunçusu seçilmişdir.
İspaniya millisində ilk debütünü 2018-ci ildə edən Rodri, millinin yığmasında 2023-cü ildə Millətlər Liqasının qalibi və eyni zamanda turnirin ən yaxşı oyunçusu olmuşdur.