Roman-German hüququ
From Wikipedia, the free encyclopedia
Roman-German hüququ — dünyada yayılmış hüquq sistemlərindən biri
Roman-german hüquq sisteminin formalaşması, müəyyən mənada, ictimai inkişafın qanunauyğunluqları ilə, hüququn siyasət və iqtisadiyyatla əlaqəsi ilə şərtlənirdi. Yeni yaranmaqda olan mülkiyyət münasibətlərinin, mübadilə, ilkin yığım, iqtisadi məcburetməyə keçilməsi bu prosesə əhəmiyyətli dərəcədə təsir etmişdir.
Resepsiya hələ Orta Əsrlər dövründə Avropa ölkələrinin hüquq texnikasında və başqa hüquqi hadisələrdə oxşar cəhətlərin yaranmasına səbəb oldu.
Yeni dövrdə burjua inqilabları hüququn sosial təbiətini köklü şəkildə dəyişdi, feodal hüquq institutlarını ləğv etdi və qanunları roman-german hüququnun əsas mənbəyinə çe- virdi. Qanuna, milli hüquq sisteminin yaradılması üçün zəruri vasitə kimi baxıhrdı. Qanunlara yetirilən bu diqqət məcəllələşdirmənin də həyata keçirilməsini şərtləndirdi. Bu sonuncu proses hüquqa müəyyənlik və aydınlıq gətirmək- lə, onun tətbiqini asanlaşdırdı və kontinental Avropada hüquq normasma və bütövlükdə hüquqa baxışlarm formalaşmasının məntiqi yolla başa çatdırılmasına səbəb oldu.
Roman-german hüquq sistemini başqa hüquq sistemlərindən fərqləndirən aşağıdakı xüsusiyyətləri qeyd etmək olar:
- Roma hüququ ilə üzvi əlaqəsinin olması, onun Roma hüququ əsasında yaranması və inkişaf etməsi. #Roman german hüquq sistemi daha çox doktrinal və ideya-nəzəri səciyyə dışıyır. Bununla əlaqədar olaraq qərb ədəbiyyatında belə bir fikir hökm sürür ki, sivil hüquq sistemində alim-hüquqşünasların əsərləri məhkəmə qərarları kimi mühüm nüfuza malikdir.
- Hüququn mənbələri sistemində qanunun xüsusi yer tutmasıdır.
- Hüququn ümumi (dövlət) və xüsusi (mülki, ailə, ticarət və s.) hüquq sahələrinə bölünməsidir.
- Ən nəhayət, roman-german hüquq sisteminin başlıca xüsusiyyəti onun məcəllələşdirilmə səciyyəsidir.
Başqa xüsusiyyətləri də fərqləndirmək olar. Məsələn, mülki və kommersiya hüquqlarının müstəqil xarakter daşıması. Bu sistemə ticarət hüququna xüsusi yer verilməsi və bir çox ölkələrdə mülki məcəllə ilə yanaşı ticarət məcəlləsinin də mövcud olması və s. xarakterikdir.
Belə məcəllələr Belçikada (1807), Avstriyada (1862), Fransada (1807), Almaniyada (1897), İspaniyada (1829, 1885), Niderlandda (1838) və başqa ölkələrdə qəbul edilmişdir.