Romantizm
XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. / From Wikipedia, the free encyclopedia
Romantizm (fr. romantisme) — XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" nümayəndələrinin (Şleqel qardaşları, F.Novalis, L. Tik, V. Vakkenroder) fəaliyyəti (1798–1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın olduğu kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir.
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
A. S. Puşkin, M. Y. Lermontov, E. Hofman, C. Q. Bayron, P. B. Şelli, C. Kits, V. Hüqo, F. R. Şatobrian, A. Vinyi, C. Leopardi, A. Mandzoni, Ş. Petefi, M. Eminesku, T. Şevçenko romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar.
Azərbaycan ədəbiyyatında romantizm isə H. Cavid, M. Hadi, A. Səhhət, A. Şaiq və b. tərəfindən icra olunmşdur.