Rusiya Milli Qvardiyası
From Wikipedia, the free encyclopedia
Rusiya Federasiyasının Milli Qvardiyası və ya Rosqvardiya (rus. Федеральная служба войск национальной гвардии Российской Федерации, Rom: Federal'naya sluzhba voysk natsional'noy gvardii Rossiyskoy Federatsii'nin) Ali Baş Komandan, Təhlükəsizlik Şurasının Sədri səlahiyyətlərinə malik olan Rusiya Prezidentinə birbaşa tabe olan daxili təhlükəsizlik məsələləri ilə məşğul olan hərbi təşkilatdır. Milli Qvardiya Rusiya Silahlı Qüvvələrindən müstəqil bir silahlı qüvvə hesab olunur.
Rusiya Milli Qvardiyası | |
---|---|
rus. Федеральная служба войск национальной гвардии Российской Федерации | |
Yaranma tarixi | 27 mart 1811 |
Ölkə | Rusiya |
Tabedir | Rusiya Federasiyasının Prezidenti |
Sayı | 340.000 (2016)[1] |
Qərargah | Moskva |
Döyüşlər | |
Komandanlıq | |
Komandir | Viktor Zolotov |
rosguard.gov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2016-cı ildə prezident Vladimir Putinin imzalamış olduğu qanunla bir federal agentlik kimi yaradılmışdır. Onun əsas vəzifəsi Rusiya sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, silahlara nəzarət etmək, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmaq, ictimai asayişin saxlanılması və mühüm dövlət obyektlərinin mühafizəsidir.[1]
Milli Qvardiyanın yaradılması Rusiyanın qarşısında duran strateji problemlərin hərtərəfli qiymətləndirilməsinin nəticəsi olaraq Rusiya təhlükəsizlik sistemi daxilində vəzifələrin təkrarlanmasının qarşısını alınması və səmərəliliyin artırılması cəhdi kimi qiymətləndirilir. Milli Qvardiya Rusiya üzrə ümumilikdə 84 bölmədə təxmini olaraq 340.000 şəxsi heyətə malikdir və Daxili Qoşunlar, SOBR, OMON və Rusiya Silahlı Qüvvələri istisna olmaqla mövcud olan digər daxili hərbi qüvvələrin qüvvələrini özündə birləşdirir.
2017-ci il yanvar ayının 16-da 27 mart günü Milli Qvardiya Günü olaraq müəyyən edilmiş və bu tarix Milli Qvardiyanı Rusiyada ictimai təhlükəsizlik xidmətlərinin tarixi ilə əlaqələndirilmişdir. Belə ki, 1811-ci ilin məhz bu günündə (27 mart 1811ci il) I Aleksandrın fərmanı ilə Daxili Qvardiya yaradılmışdır.[2]