Səlahəddin Ülkümən
From Wikipedia, the free encyclopedia
Səlahəddin Ülkümən (türk. Selahattin Ülkümen; 14 yanvar 1914[1], Antakya, Hatay ili – 7 iyun 2003[2] və ya 7 iyul 2003[3], İstanbul[4]) — Türkiyə diplomatı.
Səlahəddin Ülkümən | |
---|---|
türk. Selahattin Ülkümen | |
Doğum tarixi | 14 yanvar 1914(1914-01-14)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyun 2003(2003-06-07)[2] (89 yaşında) və ya 7 iyul 2003(2003-07-07)[3] (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat |
Mükafatları | Dünya xalqları ədalətliləri medalı (1989, İsrail tərəfindən) |
Vikianbarda əlaqəli mediafayllar |
Ülkümən 1943-cü ildə Rodosun Baş Konsulu vəzifəsinə təyin edilib. Holokost zamanı o, adada yaşayan yəhudilərin Rodosdan deportasiya edilməməsi üçün onlara Türkiyə vətəndaşlığı verərək onların həyatını xilas etməsi ilə tanınır. Bu hərəkətinə görə, o, 1989-cu ildə Yad Vaşemdə İsrail tərəfindən Dünya xalqları ədalətliləri medalı ilə mükafatlandırılıb.
O, ali təhsilini başa vurduqdan sonra 1936-cı ildə Xarici İşlər Nazirliyində işə başlayıb. 1943-cü ildə Rodosun baş konsulu təyin edilib. İkinci Dünya müharibəsi zamanı Yunanıstan nasistlər tərəfindən işğal edildi. Rodosu da ələ keçirən almanlar burada olan yəhudiləri həbs düşərgələrinə göndərmək qərarına gəldilər. Lakin o zaman Rodosda işləyən Ülkümən 2000 yəhudi icmasından 50-yə yaxın insanın həyatını xilas etdi.