Saloniki Beynəlxalq Sərgisi
From Wikipedia, the free encyclopedia
Saloniki Beynəlxalq Sərgisi (yun. Διεθνής Έκθεση Θεσσαλονίκης, Rom: Diethnis Ekthesi Thessalonikis; qısaca: TIF (ΔΕΘ)), Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikidə hər il keçirilən beynəlxalq sərgi tədbiridir. 1926-cı ildən bəri hər il sentyabrın ilk həftəsində keçirilir və açılışı ənənəvi olaraq Yunanıstan baş nazirinin bir sıra bəyanatları ilə qeyd olunur. Sərgi İkinci dünya müharibəsindən bu yana ilk dəfə olaraq COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ildə ləğv edilmişdir.
Cəld faktlar Status, Janr ...
Saloniki Beynəlxalq Sərgisi | |
---|---|
Status | aktiv |
Janr | yarmarka, sərgi |
Tarix(lər) | 1926 |
Başlayır | sentyabr ayının birinci həftəsi |
Tezliyi | hər il |
Məkan | HELEXPO sərgi sahəsi |
Yer | Saloniki |
Ölkə | Yunanıstan |
Keçirildiyi illər | 97 |
İştirakçılar | 1500 (2017)[1] |
Tamaşaçılar | 263000 (2017)[2] |
Təşkilatçı | HELEXPO |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla