Shenyang FC-31
From Wikipedia, the free encyclopedia
Shenyang J-31 (və ya FC-31) Kod adı Gyrfalcon olan Çinin iki mühərrikli, V nəsil çoxməqsədli döyüş təyyarəsi layihəsidir. İlk uçuşunu 2012-ci ilin noyabrında edən təyyarənin 2018 və ya 2019-cu ildə istehsalına başlaması gözlənilir. Amerikalı hərbi rəsmilər J-31-in F-35-in surəti olduğunu və onun F-35 layihəsində iştirak edən bir Avropa ölkəsindən F-35 texnologiyalarının oğurlanması ilə hazırlandığını iddia edirlər. Çin Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu 500 ədəd FC-31 təyyarəsi ilə yanaşı, Çinin təyyarədaşıyan gəmiləri üçün 120 ədəd FC-31 istehsalı, həmçinin də digər ölkələrə ən azı 600 ədəd təyyarənin ixracı planlaşdırılır.
Cəld faktlar Tipi, Hazırlayan ...
Shenyang FC-31 | |
---|---|
Tipi | Hərbi təyyarə, Stels texnologiyası, Qırıcı |
Hazırlayan | ÇXR |
İstehsalçı | Shenyang Aircraft Corporation |
İlk uçuş | 31 oktyabr 2012 |
Status | Təkmilləşdirilmə mərhələsindədir |
İstismarçılar | Çin Hərbi Hava Qüvvələri |
Buraxılış sayı | 3 ədəd prototip |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla