Sims körfəzi
From Wikipedia, the free encyclopedia
Sims körfəzi — Laptevlər dənizini ərazisində, Taymır yarımadasının şimal-şərqində yerləşir. Körfəz düzbucaqlı formaya malikdir. Onun uzun 20 kilometr, orta eni isə 14 km-dir. Qərbdə Lasinus yarımadası ilə daha böyük olan Tereza Klavenes körfəzindən ayrılır. Körfəzdə Kamennıy burnu yerləşir. Qərnbində ona tökülən çaylar estuari əmələ gətirir. Körfəzdən bir qədər şimalda Komsomol Həqiqəti adası yerləşir. İnzibati baxımından Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşir. Körfəzin sahil xəttinin uzunluğu 20 kilometrdir. Körfəzin yerləşdiyi bölgənin sərt iqlimə sahib olması səbəbindən burada yaşayış yoxdur.
Sims körfəzi | |
---|---|
rus. Залив Симса | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Yerləşməsi | |
77°07′00″ şm. e. 105°15′00″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Körfəzin iqlimi olduqca sərtdir. İl boyu artik iqlim hakimdir. İlin böyük hissəsi buzla örtülü olur. Bəzi hissələr isə heç vaxt buzdan azad ola bilmir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən mamır, şibyə ilə örtülüdür. Körfəz və sahil ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Bölgəyə xas heyvanlar aləmini burada da müşahidə etmək mümkündür. Ərazinin şimal bittkiləri ilə örtülməsi səbəbindən marallar körfəzin ətraf ərazilərində otlayırlar.